İngiltərənin "Mançester Siti" klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Milli.Az apasport.az-a istinadla bildirir ki, Premyer Liqa təmsilçisi Argentinanın "Estudiantes" klubunun yarımmüdafiəçisi Dario Sarmentonu transfer etmək istəyir.
Mançesterlilər 17 yaşlı istedad üçün 19 milyon avro təklif edib.
Dario "şəhərlilər"ə keçməyə razılıq verib. O, 2021-ci ilin iyununda İngiltərəyə yollanaraq gələcək karyerası barədə danışıqları yekunlaşdırmalıdır.
Milli.Az