İdman

“Maradona ölməyib”

26 Noyabr 2020 11:09
Baxış: 1 586

İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç argentinalı Dieqo Maradonanın ölümü ilə bağlı fikirlərini bildirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, isveçli superulduz instaqram səhifəsindən paylaşımı zamanı 60 yaşında vəfat edən Maradonanın ürəklərdə yaşayacağını yazıb.

Dieqo ilə şəklini paylaşan 39 yaşlı forvard bu ifadələrə yer verib: "Maradona ölməyib, ölməzdir. Tanrı dünyaya bütün zamanların ən istedadlı futbolçusunu verdi. Əbədi yaşayacaq".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.