İdman

"Siti" 20 yaşlı futbolçusunun maaşını 3 dəfə artırır

8 Noyabr 2020 14:23
Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti" yarımmüdafiəçi Fil Fodenlə müqaviləni yeniləyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb. Bildirilib ki, 2018-ci ildə imzalanan müqaviləyə əsasən, 20 yaşlı futbolçu həftədə 25 min funt sterlinq alır. Klub yeni müqavilə ilə ingilis oyunçunun maaşını üç dəfə artırmağı planlaşdırır.

Britaniyanın 90min qəzeti isə Fodenlə 4 illik yeni müqavilə imzalanacağını yazıb.

Qeyd edək ki, Foden bu mövsüm 10 matçda 3 qol və 2 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.