İdman

Çempionlar Liqasında ilk dəfə - “Sevilya” bunu da bacardı

5 Noyabr 2020 10:19
Baxış: 1 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Sevilya" klubu Çempionlar Liqasının tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Xulen Lopeteqinin yetirmələri indiyədək heç bir komandanın bacarmadığını reallaşdırıb.

Rusiya "Krasnodar"ı ilə görüşən Sevilyanın eyniadlı təmsilçisi fasiləyə həm hesabda geridə, həm də azlıqda yollanan, lakin üç xal qazanan ilk komanda olub. İspaniyalılar ilk yarısı 1:2 hesabı ilə başa çatan qarşılaşmada əzmkar qələbəyə sevinib - 3:2.

Qeyd edək ki, "Sevilya" ilk yarıda qırmızı vərəqə alan Xesus Navasın meydandan qovulmasından sonra azlıqda qalıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.