İdman

“Qurban Qurbanovdan yeni şeylər öyrəndim” - Kevin Medina

4 Noyabr 2020 10:22
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyada futbol Azərbaycanla müqayisədə taktiki və fiziki hazırlığa daha çox əsaslanır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu "Qarabağ"ın müdafiəçisi Kevin Medina deyib.

Mövsüümün əvvəlində Portuqaliyanın "Çaves" klubundan Azərbaycan çempionuna keçən 27 yaşlı futbolçu baş məşqçi Qurban Qurbanovdan çox şey öyrəndiyini söyləyib: "Baş məşqçimiz çox yaxşı insandır və xoşuma gələn iş üslubu var. Qurban Qurbanovun rəhbərliyi altında yeni şeylər öyrəndim. Futbolçulara aşıladığı inam bizim üçün böyük qazancdır. Məşqçinin yaratdığı sərbəstliyi və rahatlığı çox yüksək qiymətləndirirəm. İspan üslubuna yaxındır, topla çox oynamağı sevir".

Kolumbiyalı mərkəz müdafiəçisi ölkəsinə qayıtmağı düşünmədiyini əlavə edib: "Kolumbiyaya qayıtmaq istəmirəm. Karyeramı Avropada davam etdirəcəyimə inanıram. Çünki Çempionlar Liqası və Avropa Liqasında oynamaq mənim üçün daha cəlbedicidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.