İdman

Həbib Nurməhəmmədov: “Onları Uca tanrı bu həyatda da, o birində də alçaldacaq”

30 Oktyabr 2020 20:07
Baxış: 7 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ulu tanrı azad söz lozunqu altında milyard yarımdan artıq müsəlmanın hisslərini təhqir edən bu məxluqun və davamçılarının simasını eybəcərləşdirsin".

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bunu MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov deyib.

Bir neçə gün öncə karyerasını başa vuran rusiyalı Fransa prezidenti Emanuel Makronun müsəlmanlar barədə fikirlərinə sərt reaksiya verib: "Onları Uca tanrı bu həyatda da, o birində də alçaldacaq. Allah öz hesabını aparandır və siz bunu görəcəksiniz. Biz müsəlmanlar öz peyğəmbərimiz Məhəmmədi (Allahın həmd və salamı olsun) analarımız, atalarımız, uşaqlarımız, həyat yoldaşlarımız və ürəyimizə yaxın olan digər insanlardan çox sevirik. Mənə inanın ki, bu təxribatların onun yanında qalmayacaq, sonluq həmişə Allahdan qorxanların tərəfindədir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.