İdman

“Barselona”nın prezidenti karantinə alındı

20 Oktyabr 2020 19:29
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Bartomeu karantinə alınıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb klub rəhbərinin koronavirus infeksiyasına yoluxan qohumu ilə təmasda olmasıdır.

Evində karantinə alınan 57 yaşlı funksionerin ilk testinin nəticəsi neqativ çıxıb. İkinci testin nəticəsi də bu cür olsa, Bartomeu karantindən çıxacaq. O, Çempionlar Liqasının qrup mərhələsində bu gün Macarıstanın "Ferensvaroş" klubu ilə keçiriləcək oyunda stadiondakı yerini ala bilməyəcək.

Qeyd edək ki, "Nou Kamp"da keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.