İdman

"Makkabi" - "Qarabağ" matçının hakimləri açıqlandı

20 Oktyabr 2020 13:43
Baxış: 1 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Makkabi" (Təl-Əviv) - "Qarabağ" oyununun hakimləri müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, UEFA İsraildəki qarşılaşmanı Şotlandiyadan olan referilərə tapşırıb.

Qarşılaşmada Con Biton ədalət təmsilçisi olacaq. Ona Frensis Konnor və Daniel Makfarlan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirəcək.

Hakimlərin işinə serbiyalı hakim-inspektor Milan Karadziç qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə İvan Tsitoviç (Rusiya) olacaq.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki "Blumfild" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.