“Burada yüksəlməsi üçün ulduzu çatmadı” - Rusların Bədavi peşmanlığı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada şans qazana bilməyib, sonradan başqa ölkədə uğurlu çıxış edən futbolçuların siyahısı dərc edilib.
Milli.Az apasport.az-a istinadla bildirir ki, cədvəldə Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov da yer alıb.
Leandro Paredesin "Zenit"də əsas heyətə düşə bilməməsi, lakin sonradan transfer olunduğu PSJ-də aparıcı oyunçulardan birinə çevrilməsi Rusiya KİV-ni araşdırma aparmağa vadar edib.
Həmkarlarımız "Qarabağ"ın milliləşdirilmiş rusiyalı legioneri Bədavi Hüseynovun gedişini də Paredes kimi peşmanlıqla vurğulayıblar. Məqalədə 29 yaşlı mərkəz müdafiəçisinin Ağdam klubundakı uğurlu çıxışı, xüsusən də, Çempionlar Liqasının qrupundakı oyunları qeyd olunub: "Kiçik bir futbol nağılı. Azərbaycan millisinin müdafiəçisinin Rusiya futbolunda yüksəlməsi üçün ulduzu çatmadı. "Dağdizel"lə aşağı liqada çıxış etdi, "Anji"də məşq etdi, ancaq sadəcə gənclər liqasında matçlara çıxdı. 2012-ci ildə Hüseynov məkan dəyişmək qərarına gəldi və MDB-nin heç də ən yaxşı olmayan çempionatına getdi. Bir neçə il sonra xeyli inkişaf edən "Qarabağ"ın heyətində Avropa Liqasında çıxış etdi. Bu klubun 2017/18 mövsümündə "Çelsi", "Roma" və "Atletiko" ilə Çempionlar Liqasında qarşılaşmalarını izlədik. Bədavi sonunculardan xal aldıqları görüşlərdə meydanda oldu".
Siyahıda həmçinin Milan Rodiç, Aleksandr Qleb, Nenad Eriç və İvan İvanov da var.
Qeyd edək ki, "Dağdizel"in yetirməsi olan Bədavi Hüseynov 2012-ci ildən "Qarabağ"ın formasını geyinir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)





