İdman

FİFA Azərbaycana başsağlığı verdi - Şəhriyara görə

30 Sentyabr 2020 14:41
Baxış: 1 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olmasına görə AFFA-ya başsağlığı məktubu göndərib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Məktubda bunların yazıldığı bildirilib:

"Şəhriyar Qurbanov xatirəsinə,

Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.

Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.