İdman

Koutinyo Premyer Liqa klubunun hədəfində

11 Sentyabr 2020 07:48
Baxış: 1 867
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Barselona"nın futbolçusu Filipp Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin xidmətində "Mançester Yunayted" maraqlıdı.

Mövsümü icarə əsasında "Bavariya"da keçirən futbolçu yenidən Kataloniya klubuna qayıdıb. Yarımmüdafiəçinin daha öncə "Barselona"dan ayrılacağı deyilsə də, baş məşqçi Ronald Kuman onu heyətdə saxlamaq niyyətindədi.

Karyerası ilə bağlı yekun qərarı Koutinyonun özünün verəcəyi bildirilir. Braziliyalı ötən mövsüm Münxen klubunda 24 oyunda 6 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.