Fransa Liqa1-də II tura start verilib.
Milli.Az apasport.az-a istinadən bildirir ki, çempionluğu hədəfləyən "Lion" "Dijon"u qəbul edib.
Açılış turundakı matçı təxirə salındığı üçün çempionatda ilk oyununa çıxan "Lion" rəqibi üzərində əzmkar qələbə qazanıb. Qonaqlar erkən qolla hesabı açmalarına peşman olublar. Memfis Depayın het-trikə imza atdığı qarşılaşmada Rudi Qarsiyanın yetirmələri böyükhesablı qalibiyyətə sevinib.
Qeyd edək ki, turun digər oyunları avqustun 29-30-da keçiriləcək. Yalnız "Lans" - PSJ görüşü sentyabrın 10-na təxirə salınıb.
Fransa Liqa1-i
II tur
28 avqust
"Lion" - "Dijon" - 4:1
Depay, 39 (pen.), 45+1, 65 (pen.); Lautoa, 45 (avtoqol) - Şeydler, 14
Milli.Az