İdman

Millimizin oyunçusunun klubunda koronavirus aşkarlandı

26 Avqust 2020 20:11
Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Barış Ekincierin çıxış etdiyi Almaniya "Bohum"unda koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu səbəbdən, komandanın bütün oyunçuları, məşqçilər və işçilər karantinə alınıb. Klub yoluxan futbolçunun adını açıqlamayıb.

İkinci Bundesliqa təmsilçisinin avqustun 25-dən başlamalı olduğu təlim-məşq toplanışı da ləğv edilib. Komandanın "Lyubek"lə bu günə nəzərdə tutulan yoldaşlıq görüşü də keçirilməyəcək.

Qeyd edək ki, Barış Ekincier U-21-in sentyabrın 7-də keçiriləcək Fransa ilə matçına dəvət alıb. Onun bu matçda iştirak edib-etməyəcəyi bilinmir. Yığma görüşün hazırlıq prosesinə avqustun 28-dən başlamalıdır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.