İdman

“Beşiktaş” Yunanıstan səfərində

25 Avqust 2020 07:05
Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsi start götürür.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

III təsnifat mərhələsinə ilk vəsiqələrin sahibləri eyni vaxtda başlayacaq matçlarda bəlli olacaq. "Tirana" və "Srvena Zvezda" Çempionlar yolunda münasibətlərini ayırd edəcəklər.

Liqa yolunda isə qonşu Türkiyə təmsilçisi "Beşiktaş" meydana çıxacaq. İstanbullular çətin Yunanıstan səfərində PAOK-la üz-üzə gələcək.

Qeyd edək ki, bir oyundan ibarət olan mərhələnin digər 11 cütü avqustun 26-da üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
25 avqust
Çempionlar yolu

22:00. "Tirana" (Albaniya) - "Srvena Zvezda" (Serbiya)
Liqa yolu
22:00. PAOK (Yunanıstan) - "Beşiktaş" (Türkiyə)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.