İdman

"Finala yüksəlməyə layiq idik"

17 Avqust 2020 19:34
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasında Manchester United-i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Lopetteqi, 2:1 hesabıyla bitən görüşü belə şərh edib:

"Əlbəttə, çox sevincliyik. Çətin bir oyun oldu və ikinci hissədə çox əziyyət çəkdik. Geridə olsaq da, hesabı bərabərləşdirə bildik. Bütün futbolçularım yaxşı oyun sərgilədi. Manchester United kimi komandanı məğlub etmək üçün çoxlu güc sərf etməlisən.

Çox sevincliyəm. Bu komandanın nələr yaşadığını yaxşı bilirəm. Finala çıxmaq bütün komandanın uğurudur. Futbolçularımla fəxr edirəm. Finala yüksəlməyə layiq idik. Bunun üçün lazım olan hər şeyi etdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.