İdman

La Liqanın daha iki klubunda koronavirusa yoluxanlar var

15 Avqust 2020 15:36
Baxış: 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Villarreal" və "Betis" klublarında koronavirusa yoluxmalar qeydə alınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

"Villarreal"da bir, "Betis"də isə iki nəfərin koronavirus testi müsbət nəticə verib. Onların futbolçu və ya klub işçisi olması açıqlanmır. Xəstəliyi simptomsuz və yüngül keçirən həmin şəxslər ev şəraitində karantinə alınıblar.

Qeyd edək ki, son günlərdə "Barselona" və "Real" da başda olmaqla bir sıra İspaniya klublarında koronavirusa yoluxmalar qeydə alınmaqdadı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.