İdman

Üç alman məşqçi ÇL-in yarımfinalında - Tarixdə ilk dəfə

15 Avqust 2020 12:28
Baxış: 1 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarixdə ilk dəfə olaraq üç alman məşqçinin rəhbərlik etdiyi komandalar Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Hans-Diter Flinkin rəhbərlik etdiyi "Bavariya" "Barselona"ya 8:2 hesabı ilə qalib gələrək ÇL-in yarımfinalına yüksəlib.

Bu mövsüm daha öncə bu uğura Tomas Tuhell (PSJ) və Yulian Naqelsmann da ("Leyptsiq") nail olmuşdu.

Qeyd edək ki, ÇL-də yarımfinala son vəsiqə uğrunda ispaniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" ilə fransız Rudi Qarsiyanın rəhbərlik etdiyi "Lion" mübarizə aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.