İdman

Ronaldu və sevgilisi yaxta gəzintisində - FOTO

15 Avqust 2020 15:17
Baxış: 2 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Kristianu Ronaldunun lüks yaxtasında istirahət edərkən nişanlısı model Corcina Rodriqezin fotosu çəkilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Daily Mail" modelin fotolarını yayımlayıb.

26 yaşlı Rodriqes qara bikinidə, üzgüçülük gözlüklərində suya dalış zamanı yaxalanıb. Bəzi şəkillərdə Ronaldu da onun yanındadır.

Cütlüyün Fransa sahillərində San-Tropedə altı milyon avro dəyərində yaxtada dincəldiyi məlumdur.

2016-cı ildən bəri görüşən Ronaldu və Rodriqes 2018-ci ildə nişanlanıblar. Onların Alana Martina adlı qızı var. Həmçinin onlar surroqat analardan futbolçunun Criştianu, Eva və Mateo adlı üç övladını böyüdürlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.