İdman

Tarixi antirekord - Çempionlar Liqasında

15 Avqust 2020 08:28
Baxış: 1 530
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə oyunun nəticəsi "Barselona" üçün tarixi antirekorda səbəb olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, rəqibinə 2:8 hesabı ilə yenilən kataloniyalılar ilk dəfə avrokuboklarda qapısında 8 top görüb.

Buna qədər ən ağır məğlubiyyət 8 sentyabr 1962-ci il tarixində Yarmarkalar Kubokunda "Valensiya" ilə görüşdə olub. Komanda həmin matçda da 2 qol vurmasına baxmayaraq, 6 dəfə mərkəzə dəvət edilmişdi.

"Bavariya" isə ilk 31 dəqiqə ərzində 4 qol vuraraq pley-offlarda bunu ən erkən vaxtda bacaran komanda olub.

Qeyd edək ki, "Bavariya" yarımfinalda "Mançester Siti" - "Lion" matçının qalibi ilə qarşılaşacaq. Həmin görüş avqustun 15-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.