İdman

"Bu gün dünyanın ən xoşbəxt insanı mənəm"

14 Avqust 2020 16:41
Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 finalında "Atletiko"ya qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyunu (2:1) şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, matçla bağlı bunları deyib: "Bu gün dünyanın ən xoşbəxt insanı mənəm. İlk hissədə çox şansımız olmadı, amma yaxşı müdafiə olunduq. "Atletiko"ya qarşı oyunlarda istədiyin qədər qol epizodu yaratmaq çətindir.Rəqibin qapısının yaxınlığında bir az daha təhlükəli idik. Yarımfinalda olmağımız yaxşıdır. Bu qələbəni qeyd etmək üçün çox vaxtımız olmayacaq. Bəlkə oteldə birlikdə pivə içəcəyik və sonra PSJ ilə oyunu düşünəcəyik".

33 yaşlı mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları PSJ ilə matçın çətin keçəcəyini söyləyib: "Sürətli müdafiə olunmalıyıq. Rəqibin xeyli ulduz futbolçusu var. Qarşıda çətin oyunumuz var, amma planlarımız olacaq".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.