İdman

“Valensiya” kapitanı ilə vidalaşıb

12 Avqust 2020 20:09
Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Valensiya" kapitanı Daniel Parexo ilə yollarını ayırıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, İspaniya klubu rəsmi saytı vasitəsilə 31 yaşlı yarımmüdafiəçi ilə vidalaşdığını bəyan edib.

Onun yeni komandası da artıq məlumdur. İspaniya millisinin üzvü La Liqanın digər təmsilçisi "Vilyarreal"a transfer olunub. Bu keçid "yarasalar"a 8 milyon avro qazandırıb. Parexo "Vilyarreal"la 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Daniel Parexo 2011-ci ildən bəri formasını geyindiyi "Valensiya"nın heyətində 383 rəsmi oyuna çıxıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.