"Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Milli.Az bildirir ki, bu barədə Futbol Klubunun rəsmi feysbuk hesabında məlumat verilib.
Bildirilib ki, "Sumqayıt" Mehdi Cənnətov və Elvin Bədəlovun ardınca kapitan Vurğun Hüseynovla da müqaviləni yeniləyib. Belə ki, Vurğun növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, 2013/14 mövsümündən etibarən "Sumqayıt" FK-da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən kapitan 1 dəfə qol vurmağa da nail olub.
Milli.Az