İdman

"Mançester Siti"dən "Valensiya"nın yarımmüdafiəçisi üçün növbəti təklif

18 İyul 2020 15:24
Baxış: 1 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" "Valensiya"nın yarımmüdafiəçisi Ferran Torresin transferində israrlıdır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "şəhərlilər" qarşı tərəfə bununla bağlı növbəti təklifini edib.

Premyer Liqa təmsilçisi hazırda "Qranada"da icarə əsasında çıxış edən Yanxel Erreradan imtina etməyə hazırdır. Transfer dəyəri 15-18 milyon avro dəyərində göstərilən Errera Torresin transferinin bir hissəsi kimi istifadə oluna bilər. İngilislər 20 yaşlı vingerə 5 illik müqavilə təklif ediblər. Keçid reallaşarsa, müqavilədə onun sərbəst qalma məbləği 100 milyon avro göstəriləcək.

Qeyd edək ki, "Valensiya"nın yetirməsi olan Ferran Torres 2017-ci ildən əsas komandada çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.