İdman

“Formula-1”: 3-cü mərhələ də Avstriyada keçirə bilər

12 İyul 2020 17:06
Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Formula-1" üzrə dünya çempionatının daha bir mərhələsi Avstriyada keçirilə bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, buna səbəb Macarıstan Qran-Prisinin təşkilinin sual altına düşməsidir.

Koronavirus pandemiyası ilə bağlı sərt məhdudiyyətlər macarıstanlıları çətin vəziyyətdə qoyub. "Formula-1" rəhbərliyi alternativ variant kimi ardıcıl 3-cü mərhələnin Avstriyada keçirilməsini görür.

Qeyd edək ki, iyulun 3-də başlayan yeni mövsümün ötən həftədəki mərhələsi Avstriya Qran-Prisi olub. Bu həftə yenə eyni ölkədə təşkil edilən yarış Ştiriya Qran-Prisi adlanır. İyulun 17-19-da da yarış "Red Bull Rinq"də baş tutsa, buna da fərqli ad veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.