İdman

Messi İngiltərə Premyer Liqasında?

4 İyul 2020 11:37
Baxış: 1 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda "Fox Sports"un jurnalisti Kristian Martin məlumat yayıb.

İspaniya mətbuatı argentinalı futbolçunun klubu ilə 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmayacağını iddia edib.

"Messinin "Mançester Siti"yə keçidi məsələsi var. Bunu mənim İngiltərə və Kataloniyadakı mənbələrim təsdiq edir" - deyə K.Martin bildirib.

Xatirladaq ki, "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola Messi ilə birgə "Barselona"da çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.