İdman

"Real"la görüşdə oynadı, tarixə düşdü

25 İyun 2020 11:24
Baxış: 1 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Malyorka"nın futbolçusu Luka Romero La Liqanın tarixinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, İspaniya çempionatının 31-ci turunda "Real"la görüşdə (0:2) meydana çıxaraq bunu bacarıb. Belə ki, argentinalı yarımmüdafiəçi 83-cü dəqiqədə 15 yaş 219 günündə meydana daxil olaraq La Liqada debüt edib. Bununla da, Romero İspaniya çempionatı tarixinin ən gənc oyunçusu olub.

Qeyd edək ki, bundan əvvəlki rekord 1939-cü ilin dekabrında 15 yaş 255 günündə debüt edən "Selta"nın keçmiş oyunçusu Sansona məxsus idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.