"Neftçi"də ayrılıqlar davam edir.
Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, Bakı klubu gün ərzində 3-cü ayrılığı açıqlayıb.
Tural Axundov və Soni Mustivardan sonra hücumameyilli yarımmüdafiəçi Vangelis Platellas da "flaqman"ı tərk edib. Klub rəhbərliyi müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub. Yunanıstanlı futbolçu "ağ-qaralar"ın formasını geyindiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.
Qeyd edək ki, buna qədər müdafiəçi Vild-Donald Gerye "Neftçi"dən ayrılmışdı. Hücumçu Baqali Dabo isə iyulun 1-dən azad agent statusu daşıyacaq.
Milli.Az