İdman

"Bavariya" ardıcıl onuncu qələbəsini qazandı

14 İyun 2020 09:13
0 Şərh     Baxış: 1 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın futbol üzrə Bundesliqasının 31-ci turunda Münhenin "Bavariya" klubu Münhenqladbahın "Borussiya" klubunu qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Coşua Zirke (26-cı dəqiqə), Benjamen Pavar (37-ci dəqiqə, avtoqol) və Leon Qoretska (86-cı dəqiqə) vurublar.

"Bavariya"nın 31-ci turdakı qalibiyyəti Bundesliqada ardıcıl onuncu qələbəsi olub.

Qeyd edək ki, hazırda "Bavariya" 73 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.