İdman

“Neftçi” əzmkar qələbə qazanıb

13 İyun 2020 21:28
Baxış: 1 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılan Azərbaycan Premyer Liqasının bərpa olunacaq hissəsinə hazırlaşan "Neftçi" və "Qəbələ" yoxlama oyununda üz-üzə gəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, fasiləyə iyunun 10-da baş tutan ilk yoxlama görüşləri ilə son qoyan komandalar "Bakcell Arena"da qarşılaşıb.

Paytaxtdakı matç meydan sahiblərinin üstünlüyü ilə keçsə də, hesabı əyalət təmsilçisi açıb. Çempionatın autsayderi Premyer Liqada 2-ci pillədə qərarlaşan "ağ-qaralar"ı Rövlan Muradovun qolu ilə məyus edib.

Lakin bakılılar fasiləyədək "status-kvo"nu bərpa edib. Mirabdulla Abbasov qonaqların qapısına yol tapıb.

Oyunun fasiləsində hər iki komandanın heyətində dəyişikliklər baş verib. İkinci yarı əsasən qarşılıqlı hücumlarla keçib. 63-cü dəqiqədə Dario Frederiko paytaxt klubunu hesabda önə çıxarıb. Bu top ölkənin ən titullu komandasına əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, bu komandaların ilk yoxlama görüşündə eyni sayda - 4 qol vurulub. "Neftçi" "Keşlə"yə 3:1 hesabı ilə qalib gəlibsə, "Qəbələ" "Sumqayıt"la heç-heçə edib - 2:2.

Yoxlama görüşü
13 iyun
19:00. "Neftçi" - "Qəbələ" - 2:1

Mirabdulla Abbasov, 41, Dario Frederiko, 63 - Rövlan Muradov, 26
"Bakcell Arena"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.