İdman

Ronaldu "Yuventus"u tərk edə bilər

10 İyun 2020 10:43
0 Şərh     Baxış: 1 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu klubunu dəyişə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində jurnalist və insayder Pyetro Baltsano yazıb.

P.Baltsano bildirib: "Deyiləni təsdiq edirəm: mövsümün sonunda "Yuventus" və Ronaldunun yolları ayrıla bilər. Demək istəyirəm ki, bu, hələ şayiədir, konkret xəbər deyil, lakin mən bunun üzərində işləyirəm".

Qeyd edək ki, cari mövsümdə K.Ronaldu "Yuventus"un heyətində Seriya A-nın 22 oyununda iştirak edib, 21 qol vurub və 3 qolla nəticələnən ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.