İdman

Ronaldu Avropanın ən yaxşı hücumçusu seçildi

5 İyun 2020 19:18
1 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BBC Sport Avropada son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,səsvermədə 2000-ci ildən bəri üç mövsüm ən azı 20 qol vuran Avropanın ən yaxşı 32 avropalı hücumçusunun adı yer alıb.

Səsvermənin nəticəsinə əsasən, Kriştianu Ronaldu və Tyerri Anri finala yüksəlib. Finalda "Yuventus"un portuqaliyalı oyunçusu 54 faiz səslə qalib gəlib və Avropanın ən yaxşı hücumçusu seçilib.

Qeyd edək ki, Ronaldu 2002-ci ildə "Sportinq"də debütündən indiyə kimi 838 matçda 626 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.