İdman

Makqreqor 12 aya nə qədər qazanıb?

1 İyun 2020 18:44
0 Şərh     Baxış: 2 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes" jurnalı 2020-ci ildə dünyanın ən çox qazanan idmançılarının siyahısını təqdim edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,siyahıya qarışıq əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançılardan yalnız Konor Makqreqor top-100-ə düşüb.

O, son 12 ayda 48 milyon avro gəlir əldə edib. Bu məbləğin 32 milyonu döyüşlərdən qazanılan, qalanı reklamdan gələn puldu.

Maraqlıdı ki, irlandiyalı UFC döyüşçüsü geridə qalan 1 il ərzində yalnız 1 dəfə oktaqona çıxıb. Konor yanvar ayında Donald Serroneni nokautla yenib.

Qeyd edək ki, Makqreqorun öz biznesi var. Dəlisov idmançı viski istehsalı ilə məşğul olur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.