İdman

Premyer Liqa nəhəngi məşqləri bərpa edir

18 May 2020 14:08
0 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal" klubu koronavirus pandemiyasına görə dayandırdığı məşqləri bərpa etməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London təmsilçisinin kollektivi qarşıdakı 24 saat ərzində koronavirus testindən keçiriləcək.

Bütün tesrlər qənaətbəxş olsa, paytaxt klubu mayın 20-dən etibarən məşqlərə başlayacaq. Lakin komanda üzvləri kiçik qruplar halında, gigiyenik qaydalara əməl etmək şərtilə məşq edə biləcəklər.

Qeyd edək ki, koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün nə vaxt bərpa olunacağı hələ bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.