İdman

Prezident La Liqanın bərpa tarixini açıqladı

18 May 2020 14:30
0 Şərh     Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Almaniya Bundesliqasının bərpa edilməsinə münasibət bildirib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 57 yaşlı funksioner La Liqanın mümkün başlama tarixini də açıqlayıb:

"Mən çox xoşbəxtəm. Bundesliqanın baş direktorunu təbrik etdim. Çox önəmli iş gördülər və mən onların adına qürur duyuram. Bu, hamımız üçün bir nümunədi. İspaniya çempionatının ən qısa müddətdə bərpa edilməsini istəyirəm. Diqqətimizi 12 iyun tarixinə yönəltmişik.

İndiki halda azarkeşlərlə bağlı məsələlər müzakirə mövzusu deyil. Oyunçulara fokuslanmışıq. Hər yeni etapda ətrafdakı insanların sayı artacaq və biz diqqətli olmağa məcburuq. Təhlükəsizlik tədbirlərimiz sayəsində məşqlərdə koronavirusa yoluxmaq, demək olar ki, mümkünsüzdü".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.