İdman

"Yuventus"un məşqçisi istefa verib

14 May 2020 22:46
0 Şərh     Baxış: 1 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un məşqçilər korpusunda dəyişiklik olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, baş məşqçi Mauritsio Sarrinin köməkçilərindən olan Andrea Barzalyi postundan ayrılıb.

Bu barədə 39 yaşlı mütəxəssis özü məlumat verib. Ötən ilin yayında məhz Turin klubunun heyətində futbolçu karyerasını başa vuraraq məşqçi kimi fəaliyyətə başlayan Balzalyi yeni işində heç bir il qalmayıb. İtaliya millisinin keçmiş üzvü ayrılığını ailəsinə daha çox vaxt ayırmaq istəməsi ilə əlaqələndirib.

Qeyd edək ki, DÇ-2006-nın qalibi olan Andrea Barzalyi 2011-2019-cu illərdə formasını geyindiyi "Yuventus"la 7 dəfə A seriyasını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.