İdman

Səkkiz yaşlı azərbaycanlı ABŞ-da TOP-100 ən gənc şahmatçılar siyahısına daxil edilib

6 May 2020 12:28
1 Şərh     Baxış: 1 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc azərbaycanlı şahmatçı Elvin Baim 2017-ci ilin aprel ayı üçün öz yaş kateqoriyasında ən yaxşı 100 şahmatçı siyahısına daxil edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ Milli Şahmat Federasiyasının reytinqinə əsasən, Elvin 1426 xalla 56-cı sırada qərarlaşıb.

Qeyd edək ki, TOP-100-ə ABŞ-dan olmayan yalnız iki şahmatçı düşə bilib.

Elvin Baim Azərbaycanda bir çox tanınmış xəbər saytlarının keçmiş baş redaktoru olmuş Elnur Baimovun oğludur. Baimovlar ailəsi hazırda ABŞ-da yaşayır.

Eyni zamanda, qeyd edək ki, Elvin Baim tanınmış qrasmeyster Ülvi Bacaraninin atası, şahmatçı İlqar Bacaraninin tələbəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.