İdman

Ronaldu Turinə qayıtdı - FOTO

5 May 2020 09:16
0 Şərh     Baxış: 6 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddətdir vətəni Portuqaliyada olan "Yuventus"un futbolçusu Kriştianu Ronaldu İtaliyaya qayıdıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  35 yaşlı hücumçunun şəxsi təyyarəsi bir neçə saat əvvəl Turinə eniş edib.

O, iki həftəlik karantindən keçməlidir. Bundan sonra isə komanda ilə məşqlərə başlaya biləcək.

Xatırladaq ki, Ronaldo insult keçirən anasını ziyarət etmək üçün mart ayında Portuqaliyaya getmişdi. Daha sonra o, koronavirus pandemiyasına görə ailəsi ilə birlikdə Madeyra adasında karantində qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.