İdman

Türkiyə klubunun baş məşqçisi: “Azərbaycan da bizim ölkə sayılır”

2 May 2020 19:46
1 Şərh     Baxış: 1 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"CBC Sport" telekanalında yayımlanan, Pərviz Musayevin aparıcısı, Elçin Cəfərovun qonağı olduğu "Türkiyədən Futbol" verilişi yenə maraqlı müzakirə ilə keçib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, verilişin budəfəki türkiyəli qonağı Super Liqada çempionluğa iddialı "Sivasspor" komandasının baş məşqçisi Rıza Çalımbay olub.

O, Türkiyə Super Liqasının bərpası, iki oyunçusunun "Qalatasaray"a transferi ilə bağlı fikirlərini bildirib. 57 yaşlı məşqçi sosial şəbəkələrdə onun azərbaycanlı olması ilə bağlı deyilənlərə də aydınlıq gətirib:

"Mən Sivasdanam. Orada doğulub, böyümüşəm. Azərbaycanlı izləyicilər mənim əslimin sizin ölkədən olduğunu deyirsə, heç bir problem yoxdur. Azərbaycan da bizim ölkə sayılır. Halbuki, heç vaxt Azərbaycanda olmamışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.