İdman

"Napoli" bu futbolçuya 5 illik müqavilə təklif edib

20 Aprel 2020 20:19
0 Şərh     Baxış: 1 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zenit"in hücumçusu Sərdar Azmun "Napoli"yə keçməyə yaxındır.

Milli.Az Trend-ə istinadən bildirir ki, neapollular 25 yaşlı iranlı forvarda komandanı tərk etməyə hazırlaşan Arkadiuş Milikin əvəzedicisi kimi baxır. "Napoli" Azmuna 5 illik müqavilə təklif edir.

Qeyd edək ki, Azmunun adı "Atletiko", "Lester" və "Vest Hem"lə də yanaşı çəkilir. "Zenit" isə hücumçusuna görə 35 milyon avro tələb edir.

Azmun cari mövsümdə Rusiya premyer liqasında 21 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.