İdman

"Çelsi" Kanteni satmaq niyyətindədir

11 Aprel 2020 08:23
0 Şərh     Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Çelsi" klubu fransalı yarımmüdafiəçi N'qolo Kanteni satmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "90min" portalı məlumat yayıb.

Məlumata əsasən, 29 yaşlı yarımmüdafiəçini İspaniyanın "Real" (Madrid) və Fransanın "Pari Sen-Jermen" (PSJ) klubları almaq istəyirlər.

"Transfermarket" portalının məlumatına əsasən, N.Kantenin "Çelsi" ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının 30-dək nəzərdə tutulub. Fransalı futbolçunun transfer qiyməti 80 milyon avro təşkil edir.

Qeyd edək ki, N.Kante cari mövsümdə "Çelsi"nin heyətində 22 oyun keçirib və 3 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.