İdman

Azərbaycan millisinin voleybolçuları karantinə alındılar

28 Mart 2020 14:22
0 Şərh     Baxış: 1 899
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan millisinin voleybolçuları karantinə alınıblar.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Yuliya Kərimova və Marqarita Əzizova, eyni zamanda yığmanın sabiq oyunçusu Yekaterina Jidkova təcrid ediliblər.

Legioner həyatı yaşayan Ukrayna əsilli voleybolçularımız Azərbaycana qayıdarkən karantinə alınıblar. Buna səbəb bütün dünyada yayılan koronavirus pandemiyası təhlükəsidir. Voleybolçular müəyyən edilmiş müddətdən sonra evlərinə buraxılacaqlar.

Qeyd edək ki, Marqatira Əzizova "Radomka" (Polşa), Yekaterina Jidkova "Sarıyer Bələdiyəsi" (Türkiyə), Yulia Kərimova isə "Makkabi"də (Hayfa, İsrail) çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.