İdman

“Qalatasaray”ın bugünkü məşqi ləğv olunub

19 Mart 2020 08:38
0 Şərh     Baxış: 1 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə "Qalatasaray" komandasının bugünkü məşqi ləğv olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İstanbul komandası axşam saatlarına planlaşdırılan məşqə çıxmayacaq.
Həftəsonu "Beşiktaş"la keçirilən çempionat oyunundan (0:0) sonra koronavirus pandemiyası ilə əlaqədar futbolçulara ikigünlük istirahət verən baş məşqçi Fatih Terim bugünkü axşam üçün məşq planlaşdırmışdı. Sonradan məşqçi futbolçulara klubun bazasına gəlməməyi və evdə qalmağı tapşırıb.

Xatırladaq ki, Fatih Terim "Beşiktaş"la oyundan sonra Türkiyə çempionatında görüşlərin koronavirus pandemiyasına görə təxirə salmasını istəmişdi.

Qeyd edək ki, "Qalatasaray" XXI turdan sonra Türkiyə Superliqasında 50 xalla üçüncü pillədədir.

Növbəti turun oyunları martın 20-22-də keçiriləcək. İstanbul komandası martın 22-də "Rizəspor"un qonağı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.