İdman

“Sivasspor” səfərdən məğlub qayıtdı

17 Mart 2020 08:08
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Superliqasında 26-cı turun daha bir oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Sivasspor" səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 81-ci dəqiqədə Veysəl Sarı vurub.

Tura bu gün keçiriləcək "Göztepe" - "Rizespor" görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, Superlliqaya 53 xalla "Trabzonspor" başçılıq edir. "Başakşəhər" eyni xalla 2-cidir. 3-cü olan "Qalatasaray"ın 50 xalı var. "Sivasspor" 49 xalla 4-cü, "Antalyaspor" 30 xalla 11-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.