"Yuventus" futbolçusu Kriştianu Ronaldu ilə yeni müqavilə imzalamaq istəyir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin klubu portuqaliyalı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin iyununa kimi uzatmağa hazırdır. Bu, baş verəcəyi təqdirdə, o, 39 yaşına kimi "Yuventus"da qalacaq.
Klubun oyunçuya hansı şərtlərlə təklif göndərəcəyi hələlik məlum deyil. Ronaldonun hazırkı maaşı illik 31 milyon avrodur.
Qeyd edək ki, Ronaldu 2018-ci ildə "Real"dan "Yuventus"a transfer olunub.
Milli.Az