İdman

"Reşfordun vəziyyəti müsbətə doğru dəyişir"

1 Mart 2020 15:47
0 Şərh     Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer komandanın zədəli hücumçusu Markus Reşfordla bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, norveçli mütəxəssis, 22 yaşlı futbolçunun son vəziyyəti ilə bağlı danışıb:

"Reşfordun vəziyyəti müsbətə doğru dəyişir. Biz ona ehtiyacı olan vaxtı verəcəyik. Onun zədəsini məcburən bərpa edə bilmərik. Böyük ehtimalla, bir-iki aydan sonra onu meydanda görə biləcəyik. O, hazır olduqda, zehni və fiziki cəhətdən daha da güclü olacaq. Onun geri qayıtması bizim üçün böyük irəliləyiş olacaq. Reşford gəncdir və bütün bu xüsusiyyətlər ona motivasiya ola bilər. O, oyundan əvvəl, fasilədə paltardəyişmə otağında, komandanın yanında olur. O, futbolçuların yaxşı çıxış etməyini istəyir. Reşford Avropa Liqasının və İngiltərə kubokunun finalınadək qayıda bilər".

Qeyd edək ki, İngiltərə FA kubokunun 1/32 final mərhələsi çərçivəsində "Wolverhampton"la oyunda (1:0) zədələnən futbolçunun mövsümü bitirdiyi deyilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.