"Mançester Yunayted" yayda heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məçqçi Ole Qunnar Sulşer "Fiorentina"nın oyunçusu Federiko Kyezanı komandaya gətirmək niyyətindədir.
Sulşerin şəxsi skautu artıq Florensiyaya gedərək 25-ci turda Milan-la matçda (1:1) 22 yaşlı hücumçunu izləyib.
İngiltərə təmsilçisi futbolçunu transfer edəcəyi təqdirdə 60 milyon funt sterlinq ödəməli olacaq. Kyeza bu mövsüm 22 matça çıxaraq 6 qol vurub və 5 qolun ötürməsini verib.
Milli.Az