İdman

Avroliqanın sonuncu 1/8 finalçısı bəlli oldu

29 Fevral 2020 07:07
0 Şərh     Baxış: 1 118

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, mərhələnin sonuncu qarşılaşması Avstriya "Zalsburq"u ilə Almaniyanın "Ayntraxt" (Frankfurt) klubları arasında baş tutub.

Əslində bu görüş ötən gecə keçirilməli idi. Amma matç fırtına xəbərdarlığı səbəbindən təxirə salınmışdı. Belə ki, oyunun keçiriləcəyi şəhərdə küləyin sürəti saatda 120 km-ə çatdığı üçün qarşılaşmanın oynanılmamasına qərar verilmişdi. 
 
Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi. Cavab görüşündə isə qalib müəyyənləşməyib. Beləliklə, "Ayntraxt" sonuncu 1/8 finalçı olub.
 
Almaniya təmsilçisi 1/8 finalda İsveçrənin "Bazel" klubu ilə mübarizə aparacaq. Frankfurt klubunun bu rəqiblə ilk oyunu martın 12-də evdə, cavab görüşü isə ayın 19-da səfərdə olacaq.
 
Avropa Liqası
1/16 finalın cavab oyunu
28 fevral
 
Zalsburq (Avstriya) - Ayntraxt (Almaniya) 2:2
Qol: Ulmer, 10. Onquene, 72 - A.Silva, 30; 83.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.