İdman

Nazarovdan Almaniyada 8-ci qol

17 Fevral 2020 11:14
0 Şərh     Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda "Holştayn"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Nazarov da bu matçın iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da Dmitri vurub. O, 70-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.

22 turdan sonra 30 xala malik "Ersgebirge" 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.