İdman

Rafael Ağayevdən qızıl medal

16 Fevral 2020 20:03
1 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan Karate1 Premyer Liqa turnirinin qalibi olub. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız bu gün keçirilən final qarşılaşmasında italiyalı Luici Busa ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə qazanan Rafael qızıl medala yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz Rafiz Həsənov 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayıb. 67 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Burak Uyğura (Türkiyə) 0:2 hesabı ilə uduzaraq bürünc medalın bir addımlığında dayanıb.

Qeyd edək ki, yarışda 85 ölkədən 571 karateçi iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.