İdman

"Qarabağ"ın ən bahalı futbolçusu məlum oldu

11 Fevral 2020 16:40
0 Şərh     Baxış: 2 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan çempionu "Qarabağ"ın ən bahalı futbolçusu müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ağdam klubunun ən dəyərli oyunçusu Abdullah Zubirdi. Mərakeş əsilli futbolçuya 1 milyon 600 min avro qiymət qoyulub. O, ötən siyahı ilə müqayisədə dəyərini 100 çin avro artırıb.

"Qarabağ"ın ən bahalı oyunçuları siyahısında 2-3-cü yerləri Flip Ozobiçlə Maksim Medvedev tutur.

Onların transfer qiyməti 1 milyon 300 min avrodur. Ozobiçin transfer dəyəri 200 min avro azalıbsa, Medvedev qiymətini sabit saxlayıb.

Növbəti yerləri millimizin üzvləri - Bədavi Hüseynov və Mahir Emreli tutur - 1 milyon 200 min avro. Hər iki futbolçunun transfer qiyməti sabit qalıb.

6-7-ci yerlərdə isə Aylton Silva və Qara Qarayev qərarlaşıb. Onlara 1 milyon 100 min avro qiymət qoyulub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.